Rio-2016:Britaniyalı üzgüçü dünya rekordu vuraraq qızıl medal qazandı

Rio-2016:Britaniyalı üzgüçü dünya rekordu vuraraq qızıl medal qazandı

Böyük Britaniya yığmasının lideri Adam Piti brass üsulu ilə 100 m məsafəyə üzməkdə yeni dünya rekordu müəyyən edərək (57,13 s)  Olimpiya çempionu olub.

APA-nın məlumatına görə, gümüş medalı Cənubi Afrika Respublikasının nümayəndəsi Kameron van der Burq qazanıb. Üçüncü yeri ABŞ üzgüçüsü Kodi Miller tutub.

Bununla da Adam Piti avqustun 6-da Olimpiadada müəyyən etdiyi dünya rekordunu (57,55) təzələyib.

 Keti Ledeki isə  sərbəst üsul ilə  400 m məsafəyə üzməkdə (03.56,46) yeni dünya rekordu müəyyən edərək Olimpiya çempionu olub.

0
55