Rio-2016: Teymur Məmmədov 1/8 finalda!

Rio-2016: Teymur Məmmədov 1/8 finalda!

Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilib.

Apasport.az saytının məlumatına görə, dördilliyin ən möhtəşəm idman turnirinə tam heyətlə yollanmış millimizin 81 kq çəki dərəcəsində çıxış edən üzvü Teymur Məmmədov ilk görüşünə çıxıb.

2012 London Olimpiadasının bürünc və Avropa Oyunlarının qızıl medalçısı olan Məmmədov mübarizəyə 1/16 final mərhələsindən start verib.

Azərbaycan Olimpiya komandasının bayraqdarının rəqibi ukraynalı Denis Solonenko olub. Rəqibini hər üç raundda məğlub edən Məmmədov 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.

0
25