Keçmiş məmur 35 min manatlıq borca görə güllələnib – TƏFƏRRÜATLAR

Keçmiş məmur 35 min manatlıq borca görə güllələnib – TƏFƏRRÜATLAR

Pulunu ala bilməyən qadın killer tutub.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub.

Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, Hüseynlinin Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Ətrafında aparılməş tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə G.Süleymanova da tutulub.

Qeyd edək ki, Report agentliyinin məlumatına görə, qadın Hüseyn Qasımova borc qismində verdiyi 35 min manat pulu geri ala bilmədiyi üçün killer tutub.

0
18