Rusiya yığması Paralimpiya oyunlarından kənarlaşdırılıdı

Rusiya yığması Paralimpiya oyunlarından kənarlaşdırılıdı

Rusiya tərəfinin bu qərardan məhkəmə şikayəti vermək üçün 21 gün vaxtı var

Rusiya Paralimpiya Komitəsi (RPK) Beynəlxalq Paralimpiya Komitəsi (BPK) üzvlüyündən çıxarılıb və beləliklə, Rusiya idmançıları 2016-cı il Rio-de-Janeyro Paralimpiya Oyunlarında iştirakdan məhrum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu BPK rəhbəri Filip Kreyven bəyan edib.

“BPK İcraiyyə Komitəsi Rusiya Paralimpiya Komitəsinin dərhal kənarlaşdırılması barədə qərar qəbul edib.

Bu o deməkdir ki, Rusiya Paralimpiya Komitəsi BPK-yə üzvlük planında bütün öz hüquq və səlahiyyətlərini itirir”, - deyə Kreyven bazar günü keçirilən mətbuat konfransında bildirib.

“Rusiya Paralimpiya Komitəsi rusiyalı idmançıların Rio-de-Janeyro Oyunlarında iştirakı üçün ərizə verə bilməyəcək”, - deyə BPK prezidenti bildirib.

Prezident əlavə edib ki, Rusiya tərəfinin bu qərardan məhkəmə şikayəti vermək üçün 21 gün vaxtı var.

Parolimpiada-2016 7-18 sentyabr tarixlərində Braziliyada keçiriləcək.

0
29