Fitch: Azərbaycan banklarının kapitalının keyfiyyəti azalıb

Fitch: Azərbaycan banklarının kapitalının keyfiyyəti azalıb

“Problemli kreditlər sektoru artıb”.

Neftin qiymətinin ucuzlaşması və milli valyutanın devalvasiyası Azərbaycan banklarının kapitalının keyfiyyətinə güclü təsir edib. 

Oxu.Az xəbər verir ki, bu barədə “Fitch” Beynəlxalq reytinq agentliyinin məlumatında deyilir. 

“Fitch” Azərbaycan banklarının kapitallaşmasını ümumilikdə zəif kimi qiymətləndirir. Agentliyin təhlil etdiyi bankların əksəriyyətində kapitalın əmsalı dekabrda valyutanın devalvasiyasından sonra 2-5 baza müddəası enib.

Problemli kreditlər sektoru (90 gün gecikmə ilə) 2014-cü ildə olan 8,3% göstəricidən 2015-ci ildə 9,5%-ə qədər artıb. Agentlik qeyd edir ki, iqtisadi böhran və xarici valyutada (2015-ci ilin sonunda 51%) yüksək kredit payı üzündən aktivlərin keyfiyyətinin azalması üçün əlavə risklər mövcuddur. 

“Fitch”, həmçinin qeyd edir ki, ölkənin bank sektoru əvvəlki kimi Mərkəzi Bank və digər dövlət təşkilatları tərəfindən maliyyələşdirmədən asılıdır.

0
17