Masallıda fermada yanğın baş verib

Masallıda fermada yanğın baş verib

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Masallı rayonu, Ərkivan qəsəbəsində vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 190 m2 olan süd qəbulu məntəqəsinin soyuducu kamerasında həcmi 60 litr olan freon qaz balonunda yanğınla nəticələnən partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, yanğən nəticəsində, soyuducu kameranın lambirindən ibarət tavanı 15 m2 sahədə dağılmış və şüşələri sınıb.

Yanğın zamanı ərazidə yerləşən ümumi sahəsi 144 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 36 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və ferma yanğından mühafizə olunmuşdur.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

0
49