Gözlənilən transfer reallaşmaq üzrədir: Poqba Mançesterə uçdu

Gözlənilən transfer reallaşmaq üzrədir: Poqba Mançesterə uçdu

Pol Poqbanın “Mançester Yunayted”ə gözlənilən keçidi nəhayət baş tutmaq üzrədir. Apasport.az saytının Britaniyanın “independent.co.uk” nəşrinə istinadən məlumatına görə, fransız oyunçu artıq bunun üçün Mançesterə uçub.

“Yuventus”un 23 yaşlı yarımmüdafiəçisi bu gün tibbi baxışdan keçməli və müqavilə imzalamalıdır. Keçidin rəsmi təqdimatı isə gələn həftənin əvvəlində olacaq.

Bu transfer baş tutarsa, futbol tarixinin ən bahalı keçidi olacaq. Belə ki, ingilis mənbə iddia edir ki, “qırmızı şeytanlar” Poqabanın müqabilində Turin klubuna 122 milyon funt-sterlinq ödəməyə hazırlaşır.

Qeyd edək ki, Pol Poqba “Yuventus”a məhz “Mançester Yunayted”dən keçib. 2012-ci ildə bunun üçün mançesterlilər cəmi 1.2 milyon funt-sterlinq qazanmışdılar.

0
21