İŞİD 50-dən çox gənci diri-diri yandırdı

İŞİD 50-dən çox gənci diri-diri yandırdı

İŞİD teror təşkilatının döyüşçüləri İraqın şimalında Kirkuk vilayətinin Əl-Hüveycə şəhərində 50-dən çox gənci diri-diri yandırıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Əl-Ərəbiyə telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, terrorçular gəncləri qruplaşmanın nəzarəti altında şəhərdən ailələri ilə birlikdə qaçmağa cəhd göstərməkdə ittiham ediblər.

Qeyd olunur ki, yaraqlılar həmçinin dörd gənci Əl-Hüveycənin mərkəzi meydanında güllələyərək edam ediblər.

İraqın Kirkuk vilayətinin cənub-qərbi rayonları İŞİD tərəfindən 2014-cü ilin iyun ayında işğal olunub. O vaxtdan 150 minə yaxın yerli sakin bu əraziləri tərk edib.

0
121