İstanbulda 5 milyon insanın iştirak edəcəyi mitinq başlayıb – FOTO + CANLI

İstanbulda 5 milyon insanın iştirak edəcəyi mitinq başlayıb – FOTO + CANLI

“Demokratiya və şəhidlər” şüarı ilə keçiriləcək mitinq iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinə qarşı həmrəylik məqsədi daşıyır.

İstanbulun “Yenikapı” meydanında ümumxalq mitinqi başlayıb.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, mitinq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, CHP Başkanı Kəmal Kılıçdaroğlu və MHP lideri Dövlət Bahçelinin birlikte iştirak edəcəyi ilk miting olacaq.

“Demokratiya və şəhidlər” şüarı ilə keçiriləcək mitinq iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinə qarşı həmrəylik məqsədi daşıyır. Artıq mitinq meydanına insan seli axmaqdadır.

Ölkə müxalifətini təmsil edən Cümhuriyyət Xalq və Millətçi Hərəkat partiyaları Türkiyə dövlətçiliyi naminə mitinqə qatılmaq təklifini qəbul ediblər. Razılıq əldə olunub ki, mitinqdə siyasi ayrı-seçkilik şüarları səsləndirilməyəcək.

Bu mitinq Türkiyədə siyasi partiyaların birgə iştirak etdikləri ən böyük həmrəylik mitinqi kimi xarakterizə olunur. Mitinqə 5 milyona yaxın insanın qatılacağı gözlənilir.

Xarici və yerli KİV-lər mitinq yerindən birbaşa reportajlar yayırlar. Ankarada və ölkənin digər böyük şəhərlərində də həmrəylik mitinqləri təşkil olunub.

0
31