Telekanal rəhbəri iki oğlu ilə birgə həbs edildi

Telekanal rəhbəri iki oğlu ilə birgə həbs edildi

“Samanyolu” telekenalının idarə heyətinin keçmiş rəhbəri Ali Çelik oğulları və bacısı oğlu ilə birlikdə həbs edilib. Lent.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bolqarıstana gedən avtobus Ədirnədə kömrük nəzarətindən keçərkən digər sərnişinlər kimi A.Çelik və onunla birgə olan 3 nəfər enməyərək pasportlarını təqdim ediblər. Yoxlama zamanı onların passportlarındakı möyürün saxta olduğu məlum olub. Türkiyədən çıxmasına qadağa qoyulan A.Çelik və oğullar digər qohumu ilə birlikdə saxlanılaraq polisə təhvil verilib.

Qeyd edək ki, “Samanyolu” telekanlının fəaliyyətinə 15 iyul hadisələrindən sonra qadağa qoyulub.

0
13