Milli üzvü oynadı, komandası qələbə hesabını açdı

Milli üzvü oynadı, komandası qələbə hesabını açdı

Ukrayna çempionatında 3-cü turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Pavel Paşayevin klubu da növbəti oyununu keçirib.

Belə ki, “Qəbələ”nin keçmiş üzvünün çıxış etdiyi "Stal" hesabat turunda doğma meydanda "Volın"la qarşılaşıb. Oyun ev sahiblərinin qələbəsiylə başa çatıb - 1:0. Bu, komandanın cari mövsümdə ilk qələbəsi olub.

Matça start heyətində başlayan Paşayev ikinci hissənin 10-cu dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, 3 turdan sonra hesabında 4 xal olan “Stal” 12 klub arasında 5-ci pillədə qərarlaşıb.

0
19