Göygöl sakini qısqanclıq zəminində həmkəndlisinin qanını tökdü

Göygöl sakini qısqanclıq zəminində həmkəndlisinin qanını tökdü

Göygöldə qətl hadisəsi törədilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Kənd sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Qocayev həmkəndlisi, 1960-cı il təvəllüdlü Cəlal Həsənovu bıçaqla qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Göygöl rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

0
38