Türkiyədə PKK-ya qarşı əməliyyat keçirilib

Türkiyədə PKK-ya qarşı əməliyyat keçirilib

Əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, 4 nəfər yaralanıb.

Türkiyənin Siirt bölgəsinin Eruh rayonunda PKK terrorçularına qarşı xüsusi əməliyyat keçirilib.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, 4 hərbçi yaralanıb.

Yaralılar Siirt Dövlət Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Bölgədə PKK-ya qarşı geniş miqyaslı əməliyyat başlayıb.

0
17