İlker Başbuğ Fətullah Gülənin ən böyük silahını açıqladı

İlker Başbuğ Fətullah Gülənin ən böyük silahını açıqladı

Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlker Başbuğ Muğlada Atatürklə bağlı keçirilən tədbirdə Fətullah Gülən və onun lideri olduğu təşkilatla bağlı maraqlı fikirlər səsləndirib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, İlker Başbuğ kütləni idarə etmək üçün düşüncə və duyğunun sintezini yaratmağın vacib olduğunu deyib və bu halda insanları ölümə belə aparmağın mümkünlüyünü qeyd edib. Fətullah Gülənin necə güc sahibi olmasına da münasibət bildirən tanınmış general əlavə edib: “Bu gün dünya necə idarə edilir, bilirsinizmi? Dünya, insanlara aid olan şəxsi məlumatlar vasitəsi ilə iarə edilir. Əsas vasitə, silah budur. Yetişdirmək və idarə etmək istədiyiniz insanların şəxsi məlumatlarını bilmək, şəxsi kəşfiyyat aparmaq ən böyük silahdır. “Gülən” camaatının əsas silahı bilirsinizmi, nədir? – Şəxsi kəşfiyyat. Bu çox böyük əmək və vaxt tələb edən işdir. Amma onlar bunu çox böyük silaha çevirməyə bacarıblar və davam edirlər”.

0
15