Ata altı yaşlı qızını keçi və yemək əvəzində ərə verdi

Ata altı yaşlı qızını keçi və yemək əvəzində ərə verdi

Əfqanıstanda ata yetkinlik yaşına çatmayan qızını keçi, bir kisə düyü, çay, şəkər və günəbaxan yağı əvəzində ərə verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə RFI radiosunun bölgə redaksiyası xəbər verir.

Altı yaşlı qızın nişanlısı 55 yaşlı Seyed Abdulkərim olub. Hazırda o yerli polis tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanları “gəlinin” atasının axtarışlarını davam etdirilər.

Bildirilir ki, hadisəni jurnalist Favad Əhmədi ictimailəşdirib. Onun sözlərinə görə, Əfqanıstanda azyaşlıların iştirakı ilə nikahlar geniş yayılıb. Əhmədi qeyd edib ki, ölkədə bağlanan nikahların yarısından çox qeyri-qanunidir. Jurnalist həmçinin əlavə edib ki, Əfqanıstanda qadınlar hüquqları ilə bağlı böyük problemlər var.

Qeyd edək ki, Əfqanıstan qanunlarına əsasən, qadınlar 16 yaşda, kişilər isə 18 yaşda nikaha daxil ola bilərlər.

0
9