Lerikdə qaz anbarında partlayış təhlükəsi yaranıb

Lerikdə qaz anbarında partlayış təhlükəsi yaranıb

İki “Shacman” markalı yük avtomobili toqquşub və onlardan biri oksigen balonları saxlanılan anbarın üstünə aşıb.

Lerikin Piran kəndində baş vermiş yol qəzası nəticəsində partlayış təhlükəsi yaranıb.

Oxu.Az Report – a istinadən xəbər verir ki, buna səbəb iki “Shacman” markalı yük avtomobilinin toqquşması və onlardan birinin oksigen balonları saxlanılan anbarın üstünə aşaraq təhlükə yaratması olub.

Qəza nəticəsində oksigen qaz balonları zədələnib və sızma baş verib.

Hadisə barədə dərhal əlaqədar qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən yerli qurumlara tapşırıqlar verilib, təhlükəsizliyin təmin olunması məqsədilə anbarda olan balonlar kənarlaşdırılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Məlumata görə, qəza törədən yük avtomobillərindən biri 2 gün əvvəl nasazlıq səbəbindən yolda hərəkətini dayandırıb. Dünən gecə saatlarında digər “Shacman” yüklə dolu vəziyyətdə yolda dayanan nəqliyyat vasitəsinə çırpılıb. Sürücünün xəsarət alıb-almaması barədə hələlik məlumat yoxdur.

Xəstəxanadan avtoqəza nəticəsində xəsarət alan hər hansı şəxsin daxil olmadığı bildirilir.

0
14