15 iyul gecəsi Hakan Fidan da oradaydı -  GENERALIN İFADƏSİ

15 iyul gecəsi Hakan Fidan da oradaydı -  GENERALIN İFADƏSİ

15 iyl hadisələrindən sonra həbs edilən Türkiyə Silahlı Qüvvələrinin Şəxsi Heyətlə İş üzrə İdarəsinin rəisi general İlhan Tulunun ifadəsinin bir hissəsi mediada yayılıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, İlhan Tulu ifadəsində Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidanın 15 iyun gecəsi baş qərargah rəisi Hulusi Akarın otağında olduğunu deyib.

Həbs edilmiş general bildirib ki, Hakan Fidan otaqda olarkən Hulusi Akar ondan bəzi hərbçilərin şəxsi işlərini istəyib: “Saat 20:30-da komandanın otağına qalxıb sənədləri verdim. Hakan Fidan “bunlar bizim də bildiyimiz adamlardır”, dedi. 5 dəqiqə orada oldum və otağı tərk edərkən Hakan Fidan da oradaydı”.

İ.Tulu əlavə edib ki, Hakan Fidan qərargahı tərk edəndən təxminən 20 dəqiqə sonra bir qrup hərbçi binaya basqın edib.

0
22