Rüfət Hüseynov “Rio-2016” ilə vidalaşdı

Rüfət Hüseynov “Rio-2016” ilə vidalaşdı

Azərbaycan boksçusu Rüfət Hüseynov (49 kq) “Rio-2016” Yay Olimpiya Oyunlarında mübarizəni erkən dayandırıb.

Oxu.Az xəbər verir ki, “Riocentro-Pavilion-6”da keçirilən yarışda boksçumuz Namibiya idmançısı Tulyungeleni Matias Hamunyela məğlub olub.

Həmyerlimiz hər üç raundda rəqibindən zəif olub - 28:29, 28:29, 27:30.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.

0
23