Azərbaycan snayperi Rioda 15-ci oldu

Azərbaycan snayperi Rioda 15-ci oldu

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edib.

Oxu.Az xəbər verir ki, 27 yaşlı idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında mübarizə aparıb.

O, 6 atışın cəmində (96+94+95+97+96+99) 577 xal toplayıb. Nəticədə Lunyov 15-ci yeri tutub. Azərbaycanlı atıcı ilk "8-liy"ə düşə bilmədiyindən, final mərhələsindən kənarda qalıb.

Qeyd edək ki, Ruslan Lunyov avqustun 12-də Bakı vaxtı ilə saat 20:15-də 25 metr məsafəyə sürətli tapançadan atış üzrə seçmə mərhələ yarışlarına da qatılacaq.

0
19