Futbolçular qəzaya düşdü: 20 yaralı

Futbolçular qəzaya düşdü: 20 yaralı

Rumıniyanın futbol üzrə gənclərdən ibarət milli komandasını daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə azı 20 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniya FHN-nin məlumatında bildirilir.   

Məlumata görə, qəza Hunedoara rayonunda baş verib. Yük maşını yol hərəkəti qaydalarını pozaraq, qarşı zolağa çıxıb və avtobusla toqquşub.

Avtobusda qəza zamanı 17-26 yaşlarında 18 gənc olub. Komanda Deva şəhərində keçiriləcəyi planlaşdırılan matça yollanırmış.  

0
12