6 yaşlı qızı 55 yaşlı kişiyə ərə verdilər: keçi, düyü, çay, yağ...

6 yaşlı qızı 55 yaşlı kişiyə ərə verdilər: keçi, düyü, çay, yağ...

Əfqanıstanda 6 yaşlı qız atası tərəfindən 55 yaşlı kişiylə məcburi evləndirilib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Garibgol adlı bu azyaşlının atası onu keçi, düyü, çay, yağ və şəkərtozu qarşılığında satıb.

Toydan sonra gəlini Xor vilayətinə aparan bəy Garibgolu qohumlarına qızı kimi təqdim edib. Ancaq bu haldan şübhələnən qohumlar polisə məlumat veriblər. Nəticədə qızın atası və bəy tutulub.

6 yaşlı qızın atası ifadəsində ailəsini dolandırmaqda çətinlik çəkdiyini və ailədən bir boğaz əskilməsi üçün bu addımı atdığını deyib.

Atanın dediyinə gör, bəy Garibgolun 18 yaşı olana kimi ona toxunmayacağına dair söz verib.

Qızın atası tutulub, qız isə anasına geri verilib.


Qeyd edək ki, son statistik rəqəmlərə görə, Əfqanıstanda qadınların yüzdə 46,4-ü 8 yaşına çatmadan əvvəl evləndirilirlər. Qanuni evlilik yaşı isə qızlar üçün 16, oğlanlar üçün isə 18-dir.

0
26