Azərbaycanda yeni avtomobil zavodunun təməli qoyulub – FOTO

Azərbaycanda yeni avtomobil zavodunun təməli qoyulub – FOTO

Neftçala sənaye parkında avtomobil üzrə Azərbaycan-İran birgə zavodunun təməlqoyma mərasimi baş tutub.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, zavod Azərbaycanın “AzEuroCar” və İranın “Iran Khodro” birgə layihəsidir.

Layihənin ümumi dəyəri 22,5 miyon manatdır. Zavod 10 hektar ərazidə tikiləcək.

“AzEuroCar”ın təsisçisi Emin Axundov bildirib ki, ilkin mərhələdə zavodda 330 nəfər işlə təmin ediləcək, növbəti mərhələdə bu rəqəm 500 nəfərə çatdırılacaq.

E.Axundovun sözlərinə görə, istehsal edilən avtomobillərin 20 faizi ixrac ediləcək:

“İllik gücü 10 min avtomobil olan zavodda Samand, Soren, Dena və Runna modelləri istehsal ediləcək”.

0
34