Murat Dalkılıç ölümdən döndü – FOTO + VİDEO

Murat Dalkılıç ölümdən döndü – FOTO + VİDEO

Türkiyəli pop ifaçısı Murat Dalkılıç yeni albomu “Epik”in ilk klip çəkilişi zamanı yaradıcı heyətlə birlikdə suda boğulmaq təhlükəsi yaşayıb.

Oxu.Az bu barədə Haberler.com-a istinadən xəbər verir.

Albomla eyni adı daşıyan “Epik” mahnısının klip çəkilişləridən danışarkən müğənni deyib:

“Klipdə meşə, şəlalə görüntülərinin olması üçün məmləkətimizin ən gözəl yerlərindən biri olan Orduya getdik. Dublyordan istifadə etmədim, özümü şəlalədən aşağıya doğru atdım.

Sualtı çəkilişləri üzərimizdəki geyimlərlə apardıq. Birlikdə çalışdığımız modellərin ayaqlarına paltar dolandı və üzə bilmədilər. Məndən tutmağa çalışdılar, ciddi problemlər yaşadıq”.

0
72