Türkiyədə daha bir PKK təxribatı: 2 şəhid

Türkiyədə daha bir PKK təxribatı: 2 şəhid

Türkiyənin Şırnak vilayətinin Beytüşşebap mahalında PKK terrorçuları tərəfindən daha bir təxribat gerçəkləşdirilib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, kənd mühafizəçilərinin mövqelərinə döşənən minalar partladılıb. Hadisə zamanı qoruyuculardan 2-si şəhid olub, 1-i isə yaralanıb.

Qeyd edək ki, ölənlər eyni ailənin üzvü imiş.  Terrorçuların ələ keçirilməsi üçün araşdırmaya başlanılıb.

0
13