...və o oyun qadağan edildi - BİRİNCİ ÖLKƏ

...və o oyun qadağan edildi - BİRİNCİ ÖLKƏ

Son vaxtlar ağıllı telefon istifadəçiləri arasında geniş yayılan və bir növ əyləncə fəaliyyətinə çevrilən “Pokemon Go” oyunun qadağan edildiyi ilk ölkə İran İslam Respublikası olub.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu qərarın təhlükəsizlik baxımından qəbul edildiyi deyilir.

Qərar ölkədə internetlə bağlı fəaliyyətə nəzarət edən Virtual Aləm Şurası tərəfindən qəbul edilib. Bundan başqa İndoneziyada polislərə iş başındaykən bu oyunu oynamaq qadağası qoyulub. Fransada isə Pokemon ovlamaq üçün hərbi bazaya girən bir nəfər həbs edilib.

Səudiyyə Ərəbistanında isə dini xadimlərindən biri bu oyunun doğru olmadığı ilə bağlı fətva yayıb.

Pokemon Go oyunu nədir?

Agumented Reality – AR texnologiyası ilə çalışan telefon proqramıdır. Oyunçular telefonlarının kamera funksiyasından yararlanaq olduqları yeri daha dəqiqliyinə kimi müşahidə edə bilir və kamera görüntüsünün  üzərindəki Pokemonları yaxalaya bilirlər. Fərqli Pokemonlar fərqli yerlərdə yaşayır. Məsələn sudakı pokemonu ovlamaq üçün oyunçu dəniz və ya gölə girməlidir.

0
14