Luqanskda “LXR” rəhbərinin avtomobili partladılıb

Luqanskda “LXR” rəhbərinin avtomobili partladılıb

Qondarma “Luqansq Xalq Respublikası”nın hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə zamanı iki adam xəsarət alıb.

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Luqanskda ”nın rəhbəri İqor Plotnitskinin avtomobili partladılıb. Yerli polisin məlumatına görə, iki nəfər xəsarət alıb. Partlayış zamanı avtomobilin sahibinin harada olduğu məlum deyil.

Bununla yanaşı sosial şəbəkələrdə İqor Plotnitskinin xəstəxananın travmotologiya şöbəsinə çatdırıldığı barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçilərinin məlumatına görə, tibb müəssiəsi mühasirəyə alınıb.

0
17