Bu gün Azərbaycan Premyer Liqası başlayır - İLK OYUNLAR

Bu gün Azərbaycan Premyer Liqası başlayır - İLK OYUNLAR


Bu gün futbol üzrə Azərbaycan çempionatında 2016/17 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, açılış turununun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Yubiley – 25-ci birinciliyin ilk oyunu “AZAL Arena”da keçiriləcək. “Təyyarəçilər”in qonağı “Neftçi” olacaq. Ötən mövsüm Avrokuboklar uğrunda sona qədər mübarizə aparan rəqiblər bu dəfə də kimin güclü olmasını aydınlaşdırcaqlar. Avroliqadakı uğursuzluğu unutdurmalı olan “Neftçi” çempionata qələbə ilə başlayaraq azarkeşləri ilə arasındakı buzlar əritmək istəyir. Paytaxt klubu oyuna ciddi itkilərlə çıxsa da, bu, onların qələbə əzminə mane olmamalıdır. AZAL isə yay fasiləsində ölkədən kənara çıxmayan yeganə klub olaraq hətta məkan dəyişmədən də çempionata yaxşı hazırlaşmağın mümkünlüyünü isbatlamağa çalışacaq. Meydan sahibləri qalib gələcəyi təqdirdə həm də Avrokuboklar uğrundakı mübarizədəki məğlubiyyətin də revanşını almış olacaq.

Günün ikinci qarşlaşması isə Zirə İdman Kompleksinin stadionunda oynanılacaq. Ötən il debüt mövsümündəcə “gümüş”ə yiyələnən “Zirə” “Sumqayıt”ı qonaq edəcək. Qitəmiqyaslı turnirlərdə çıxış etməmiş komandalar mövsümə uğurlu start vermək istəyirlər. Bundan əlavə hər iki klubun heyətində kifayət qədər dəyişiklik olub və bu matçı həm də yenilənmiş heyətə bir baxış kimi də xarakterizə etmək olar. Adil Şükürovun komandası ötənilki ikinciliyin təsadüfi olmadığını sübut etməli, “kimyaçılar” isə səfərdən xalla dönərək Premyer Liqanın yeni mövsümünə pozitiv başlamaq arzusundadılar.

Topaz Premyer Liqası

I tur

6 avqust (şənbə)

18:00. AZAL – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim inspektor: Asim Xudiyev

“AZAL Arena”

20:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim inspektor: Füzuli Nəcəfov

Zirə İdman Kompleksinin stadionu

0
18