Rio-2016-da qalmaqal: qadınlara sataşan boksçu saxlanıldı

Rio-2016-da qalmaqal: qadınlara sataşan boksçu saxlanıldı

Braziliyada təşkil edilən Olimpiya Oyunlarında mübarizə aparacaq mərakeşli boksçu Hassan Saada saxlanılıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı  boksçunun çərşənbə günü Olimpiya kəndində çalışan iki qadına seksual xarakterli hərəkətlər etdiyi iddia olunur.

Qadınların şikayətinə əsasən bu gün səhər saatlarında polislər tərəfindən saxlanılan Saadanın istintaq bitənə qədər 15 gün həbsxanada qalacağı bildirilib.

Qeyd edək ki, Hassan Saada sabah türk boksçu Mehmet Nadir Ünal ilə qarşılaşacaqdı.

0
23