Fransada 13 nəfər barda yanaraq öldü

Fransada 13 nəfər barda yanaraq öldü

Fransanın Ruan şəhərində barda yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 13 nəfər yanaraq ölüb, 6 nəfər xəsarət alıb.

Hadisənin “Le Cuba Librе” barında, yerli vaxtla gecəyarısı qeydə alındığı bildirilir. İlkin versiyaya görə, yanğın naməlum səbəbdən baş verən partlayışdan sonra başlayıb. İnsidentin səbəbləri müəyyənləşdirilir.

0
29