Rio de Janeyroda polislə etirazçılar arasında toqquşma

Rio de Janeyroda polislə etirazçılar arasında toqquşma

Braziliyanın Rio de Janeyroda şəhərində Yay Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsində etiraz aksiyası keçirilib

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, yüzlərlə nümayişçi “Marakana” stadionunun yaxınlığında korrupsiya və Olimpiya Oyunları-2016-ya böyük vəsaitin xərclənməsinə etirazlarını bildirib.

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Rio de Janeyronun “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilir.

0
19