Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının açılış mərasimi başladı

Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının açılış mərasimi başladı

Braziliyanın Rio de Janeyro şəhərində  XXXI  Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi başlayıb.

APA-nın məlumatına görə, Bakı vaxtı ilə saat 03:00-də  başlanan mərasim “Marakana” stadionunda keçirilir.

XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası idmanın 18 növü üzrə 56 idmançı  ilə təmsil olunacaq. Azərbaycan millisinin bayraqdarı boksçu Teymur Məmmədov olacaq.

Qeyd edək ki, avqustun 21-dək davam edəcək Rio de Janeyro Olimpiadasında 206 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306  dəst medal uğrunda mübarizə aparacaq.

0
25