Azərbaycanda gömrük rüsumlarında dəyişiklik

Azərbaycanda gömrük rüsumlarında dəyişiklik

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının  dərəcələri haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik mis və mis məmulatları ilə bağlıdır.

İndiyə qədər Azərbaycana ixrac edilən bütün mis və mis məmulatlarına 1000 kq üçün 15 dollar olmaqla ixrac rüsum dərəcəsi tətbiq edilib. Dəyişikliyə əsasən ixrac edilən miss və miss məmulatlarının bir qismi üçün fərqli ixrac rüsum dərəcəsi tətbiq ediləcək. Başqa sözlə, saflaşdırılmamış mis (elektrolitik saflaşdırma üçün mis anodlar), mis və sink əsasında ərintilər (latun), mis və qalay əsasında ərintilər (tunc), digər mis ərintiləri (liqaturalardan başqa), mis tullantıları və qırıntılar (saflaşdırılmış misin və miss ərintilərinin) Azərbaycana ixracı zamanı həmin malların gömrük dəyərinin 10 faizi, lakin 1000 kq-a 300 dollardan az olmamaqla ixrac rüsum dərəcəsi tətbiq ediləcək.

Beləliklə, qədər Azərbaycana ixrac edilən bu növ mis və mis məmulatları üçün ixrac rüsum dərəcəsi 20 dəfəyə qədər  artırılıb.Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədədir.

0
24