PKK-dan növbəti hücum: 1 ölü, 1 yaralı

PKK-dan növbəti hücum: 1 ölü, 1 yaralı

Türkiyənin Bitlis vilayətində  PKK silahlılarının açdığı atəş nəticəsində 1 əsgər ölüb, 1 kənd qorucusu yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Bitlis vilayətinin Hizan rayonu ərazisində yerli təhlükəsizlik qüvvələrini iri çaplı silahlardan atəş tutub.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb.

0
15