Dağıstanda polislər atəşə tutuldu: 4 yaralı

Dağıstanda polislər atəşə tutuldu: 4 yaralı

Dağıstanda polis əməkdaşları atəşə tutulub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Buynaksk rayonunda qeydə alınıb.

Hadisə nəticəsində 3 asayiş keşikçisi və 1 mülki şəxs yaralanıb.

İlkin məlumata əsasən, naməlum silahlılar  post-patrul xidmətinin əməkdaşlarını qumbaraatandan atəşə tutublar. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

0
13