Türkiyənin Azərbaycandakı hərbi attaşesi geri çağırıldı

Türkiyənin Azərbaycandakı hərbi attaşesi geri çağırıldı

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, general İhsan Başbozkurtun səlahiyyət müddəti başa çatıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, general iyulun 29-da keçirilmiş Ali Hərbi Şuranın qərarı ilə dördillik səlahiyyət müddətini yerinə yetirdiyi üçün təqaüdə göndərilib.

İhsan Başbozkurtun yaxın günlərdə Türkiyəyə dönəcəyi bildirilir.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yeni hərbi attaşesi təyin olunsa da, hələlik onun adı açıqlanmır.

0
30