Sarkisyan polisləri cəzalandırdı

Sarkisyan polisləri cəzalandırdı

Yerevan polis rəisi və bir sıra digər vəzifəli şəxslər töhmət alıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Ermənistan paytaxtında müxalifət qüvvələri ilə toqquşmalardan sonra güc strukturlarının əməkdaşları barədə araşdırmalar aparılır.

Bildirilir ki, etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının işçiləri lazımi şəkildə öz xidməti vəzifələrini yerinə yetirməyiblər.

Xatırladaq ki, ilyun 19-da və 30-na keçən gecə Yerevanda mitinq iştirakçıları ilə polis qüvvələri arasında baş verən toqquşmalar nəticəsində hər iki tərəfdən xəsarət alanlar olmuşdur.

0
15