Əfqanıstanda partlayışlar: 10 ölü

Əfqanıstanda partlayışlar: 10 ölü

Əfqanıstanın şərqində Paktiya vilayətində törədilən iki partlayış nəticəsində ən azı 10 nəfər ölüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Associated Press nəşri yerli hakimiyyətə istinadən xəbər verir.

Vilayətin qubernatorunun rəsmi nümayəndəsi məlumat verib ki, içərisində bir ailənin 5 üzvü olan avtomobil yolda minaya düşüb.

Daha 5 nəfər traktorun partladılması nəticəsində ölüb. Hər iki partlayış Çamkani rayonunda törədilib.

Qeyd olunur ki, bu cür minalardan “Taliban” hərəkatının yaraqlıları yerli əhalini qorxutmaq üçün istifadə edirlər.

0
12