Türkiyə Ədliyyə Nazirliyinin 124 əməkdaşı həbs edildi

Türkiyə Ədliyyə Nazirliyinin 124 əməkdaşı həbs edildi

Türkiyə Ədliyyə Nazirliyinin 124 əməkdaşı saxlanılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, həmin şəxslər Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs ediliblər.

Məlumata görə, Ankara Prokorluğunun təlimatı ilə Ankara Şəhər Polis İdarəsi asayiş şöbəsinin əməkdaşları Ədliyyə Nazirliyi və onun tabeliyində olan qurumlarda əməliyyat keçiriblər.

Qeyd edək ki, bundan əvvəl Ankara Şəhər Polis İdarəsi maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları da Ədliyyə Nazirliyinin 45 əməkdaşını FETÖ üzvü olduqları iddiası ilə saxlayıb.

0
10