WADA Rioda dopinq yoxlamanın olmamasından narazıdır

WADA Rioda dopinq yoxlamanın olmamasından narazıdır

Dünya Dopinq Əleyhinə Agentlik (WADA) “Olimpiyada-2016”-dan öncə bir ay müddətində Braziliya idmançılarının dopinq yoxlamasının olmamasını tənqid ediblər.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“Braziliya idman naziri və dopinq əleyhinə agentliyin direktoruna məktub yollamışıq. Narahatçılığımızı göstərmişik və idarənin (dopinq əleyhinə sistemin) niyə aradan qaldırılmasını izah etmələrini xahiş etmişik”, - WADA-ın inkişaf üzrə direktoru Rob Keler bildirib.

Braziliya öz növbəsində bəyan edib ki, Olimpiya paytaxtında laboratoriyanın bağlı olduğu üçün dopinq əleyhinə siyasət tam olaraq həyata keçirilməsi mümkün olmayıb.

“Bu cavab (laboratoriyanın bağlanması haqqında) bizi razı salmadı. Vəziyyəti nazirlikdə vəzifəli şəxslərin dəyişməsi prosesi ilə izah etmək də yolverilməzdir”, - Rob Keler əlavə edib.

Daha öncə iyunun 24-də WADA Braziliya laboratoriyasının ən azı altı ay müddətinə fəaliyyətini dayandırıb, amma keçən ayın sonunda agentliyin hüquqları bərpa edilib.

0
7