Bakıda yol polisi əməkdaşı piyadanı vurub

Bakıda yol polisi əməkdaşı piyadanı vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə dünən saat 11:00 radələrində qeydə alınıb.

Belə ki, 1977–ci il təvəllüdlü yol polis serjantı Mehdi Hüseynov xidmət vaxtı idarə etdiyi BMW markalı avtomomillə Zığ qəsəbəsi Sabir küçəsində qəsəbə sakini 1980-ci il təvəllüdlü Balababa Qurbanovu vurub.

B.Qurbanov xəsarət alıb və 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

0
11