8-ci mərtəbədən düşən uşaq sağ qaldı

8-ci mərtəbədən düşən uşaq sağ qaldı

Rusiyanın Yekaterinburq şəhərində baş vermiş bu olay hər kəsi təəccübləndirib. Lent.az-ın Life.ru-ya istinadən məlumatına görə, 58 yaşlı şəhər sakini 8-ci mərtəbədən düşən uşağı göydəcə tutub.

Belə ki, axşam anası işə gedən qızcığaz evdə darıxıb və anasının yanına getmək istəyib. Qapının bağlı olduğunu görən 4 yaşlı uşaq pəncərədən düşməyə qərar verir və ayağının altına stul qoyub pəncərəni açır.

Uşağın pəncərədən düşmək istədiyini görən Aleksandr Prodovikov uşağı bu fikrindən yayındırmaq istəsə də, uşaq pəncərədən yerə düşüb. Qızın yerə düşdüyünü görən A. Prodovikov onu tutub. Buna baxmayaraq, yüksəklikdən düşən uşaq xəsarət alıb. O, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Qızcığazın həyatı təhlükəsi yoxdur. Bir neçə günə xəstəxanadan evə buraxılacaq.

Xilaskarın isə sağ əlindəki bütün barmaqları sınıb. Qəhrəmanlığına görə şəhər rəhbərliyi tərəfindən mükafatlandırılması təklif olunsa da, 58 yaşlı kişi mükafatdan imtina edib.

0
9