Qazaxıstan "Gülən"çi müəllimləri ölkədən qovacaq

Qazaxıstan "Gülən"çi müəllimləri ölkədən qovacaq

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyədə rəsmi səfərdə olub. Lent.az-ın məlumatına görə, həmkarı Nursultan Nazarbayev ilə görüşən Ərdoğan Qazaxıstandakı “Gülən” məktəbləri ilə bağlı müzakirə apardıqlarını açıqlayıb: “FETÖ tək Türkiyədə deyil, fəaliyyət göstərdiyi digər ölkələrdə də təhlükə mənbəyidir. Bununla bağlı narahatlığımı Nazarbayevə çatdırdım”.

Qazaxıstan prezidenti isə yaxın vaxtlarda ölkədəki “Gülən” məktəblərində işləyən müəllimlərin məsələsinə baxılacağını deyib: "Türkiyəyə qarşı addım atan heç kimi dəstəkləməyəcəyik.  Qərara aldıq ki, iki ölkənin Təhsil Nazirlikləri birgə komissiya yaratsın və həmin şəbəkə ilə əlaqəsi olan müəllimlər üzə çıxarılsın. Biz onların hamısını ölkədən çıxaracağıq. Əvəzində isə Türkiyədən başqa müəllimlər göndərməsini xahiş edəcəyik”.

N.Nazarbayev sözlərinə belə davam edir: “ Biz rəhmətlik Özalla təhsillə bağlı müqavilə imzalamışdıq. Amma orada “Gülən” və ya başqa nə isə olduğunu hiss etməmişdim”.

0
15