Şeydayev və Mahmudov Azərbaycan üçün oynayacaqlar

Şeydayev və Mahmudov Azərbaycan üçün oynayacaqlar

FİFA AFFA və Rusiya Futbol İttifaqını öz qərarı barədə xəbərdar edib.

Beynəlxalq Futbol Federasiyasının oyunçularının statusu üzrə komitə Türkiyənin “Trabzonspor” komandasının hücumçusu Ramil Şeydayevə və Portuqaliyanın “Boaviştı” komandasının yarımmüdafiəçisi Emin Mahmudova Azərbaycanın yığması üçün oynamaq üçün icazə vermək qərarına gəlib.

Oxu.Az Azerisport-a istinadən xəbər verir ki, FİFA AFFA və Rusiya Futbol İttifaqını öz qərarı barədə xəbərdar edib.

Daha öncə FİFA TASS-a bildirib ki, Azərbaycan üçün çıxış etmək istəyən Şeydayevin idman vətəndaşlığının dəyişdirilməsi məsələsini nəzərdən keçirəcək. Hücumçu 16 yaşından Rusiyanın yeniyetmələrdən ibarət yığmasında oyuna çıxıb, 2013-cü ildə gənclərdən ibarət komandanın tərkibində Avropa çempionatının qalibi olub.

Şeydayev iyulun 12-də “Trabzonspor” ilə dördillik müqavilə bağlayıb. Oyunçunun son klubu Rusiyanın “Zenit”i olub. Mahmudov Rusiyanın “Krılya Sovetov” klubu ilə müqaviləni pozub, keçən mövsümün icarə şərtləri ilə “Mordoviya” klubunda keçirib. Onun xidməti siyahısında “Saturn”, “Spartak”, “Tom” və Rusiyanın gənclərdən ibarət yığmasında oyunları yer alır.

0
19