Millimiz tarix yazdı: İlk dəfə Dünya Çempionatına gedirik

Millimiz tarix yazdı: İlk dəfə Dünya Çempionatına gedirik

Cavab qarşılaşması bərabərliklə yekunlaşıb.

Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin pley-off matçları keçirilib. 

Oxu.Az xəbər verir ki, Azərbaycan millisi Bakı İdman Sarayında Hollandiya yığması ilə qarşılaşıb. 

Səfərdə 5:1 hesabı ilə qələbə qazanan futzalçılarımız doğma meydanda da məğlub olmayıb. 

Hollandiya yığmasına qarşı cavab görüşündə də əzmkar mübarizə aparan millimiz 4:4 hesabı ilə heç-heçə edib. 

Komandamız iki oyunun nəticəsinə görə Kolumbiyada sentyabrın 10-dan oktyabrın 1-dək keçiriləcək mundiala tarixində ilk dəfə vəsiqə qazanıb.

0
29