Yuri Uşakov: Azərbaycan, Rusiya və İran prezidentləri İŞİD təhlükəsini müzakirə edəcək

Yuri Uşakov: Azərbaycan, Rusiya və İran prezidentləri İŞİD təhlükəsini müzakirə edəcək

Azərbaycan, Rusiya və İran prezidentləri Bakı görüşündə Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tərəflər həmçinin İŞİD terror qruplaşması tərəfindən artan təhlükə ilə bağlı məsələləri də diqqət mərkəzində saxlayacaqlar.

Xatırladaq ki, üç ölkə prezidenti - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü avqustun 8-də Bakıda keçiriləcək.

0
6