Yerevanda qiyamçıların silah anbarı tapılıb

Yerevanda qiyamçıların silah anbarı tapılıb

İki nəfər saxlanılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda bu yaxınlarda baş verən hadisələrə aidiyyəti ola biləcək silahların yerləşdiyi mənzili aşkar edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə MTX yaydığı məlumatda deyilir.

“Silahların alınması və saxlanması faktı üzrə aparılan cinayət işi çərçivəsində istintaq tədbirləri, o cümlədən axtarış həyata keçirilib. Yerevan sakininin mənzilində çox sayda silah aşkar edilib”, - tda qeyd edilir.

“Əsasən, 6 minə yaxın güllə, 15 qumbara, partlayıcı maddə trotil, kasul-detonatorlar, işarə raketləri, daraqları olan avtomatlar, tank əleyhinə qumbaraatan, radioəlaqə vasitələri, minaaxtaranlar müsadirə edilib və ekspertizaya göndərilib”, - MTX qeyd edilib.

İki nəfər saxlanılıb, prosessual və operativ əməliyyatların məlumatlarına görə, bu silahlar iyulun 17-də Yerevanda post-patrul xidmətini zəbt edərək iyulun 31-dək əlində saxlayan silahlı qrupun fəaliyyətinə aidiyyəti ola bilər.

“İlkin istintaq zamanı bununla yanaşı, digər versiyalar da yoxlanılır”, - MTX-də bildirilib.

0
13