Rusiya təyyarəsində terror aktının təşkilatçısı öldü

Rusiya təyyarəsində terror aktının təşkilatçısı öldü

Yaraqlı və onun əlbirləri İŞİD-ə sədaqət andı içiblər.

Misirin hərbçiləri Sinay adasında “Ansar Beyt əl-Makdis” terror qruplaşmasının lideri Abu Dua əl-Ansarinin məhv edilməsini bəyan ediblər.

Oxu.Az “Fox News”a istinadən xəbər verir ki, bu barədə Misirin Müdafiə Nazirliyinin məlumatında deyilir.

Yaraqlı və onun əlbirləri İŞİD-ə sədaqət andı içiblər. ABŞ və Rusiya 2015-ci ildə oktyabr sonunda “Koqalımavia” aviaşirkətinin təyyarəsində törədilən terror aktı üçün məhz bu qruplaşmanı günahkar hesab edir. Terror aktı zamanı 224 nəfər həlak olub.

Terrorçu Ariş şəhəri yaxınlığında silsilə aviazərbələr zamanı məhv edilib. Bununla yanaşı, hücum zamanı hərbçilər İŞİD-in daha 45 üzvünü, silah və sursatını məhv ediblər.

İyun ayında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bəyan edib ki, bu terror qruplaşmanın yaraqlıları Sinay yarımadası üzərində Rusiya sərnişin təyyarəsinin məhv edilməsinə görə məsuliyyət daşıyırlar.

0
4