Ulan-Ude aeroportunda “An-24” sərnişinlərinin qiyamı – VİDEO

Ulan-Ude aeroportunda “An-24” sərnişinlərinin qiyamı – VİDEO

Kadrlarda bir neçə nəfərin oturacaqdan qalxıb pilotun kabinəsinə yaxınlaşmaları görünür.

“İrAero” aviaşirkətinin uçuş zamanı sərnişinlərin qiyam etdikləri “An-24” təyyarəsinin göyərtəsində çəkilmiş kadrlar KİV-in əlinə düşüb.

Oxu.Az xəbər verir ki, “Komsomolskaya prvada”nın saytında yayılmış videoda bir neçə nəfərin oturacaqdan qalxıb pilotun kabinəsinə yaxınlaşmaları görünür.

Sərnişinlərin narazıçılığına onların yeni Superjetdən köhnə “An-24” təyyarəsinə keçirilmələri ilə yanaşı, bu xəbəri oturma talonlarına müvafiq olaraq yerlərini tutduqdan sonra öyrənmələri səbəb olub. Ulan-Udedə sərnişinlər Superjetin “An-24” ilə əvəz olunmasına görə narazıçılıq bildiriblər.

Hadisə nəticəsində beş sərnişin biletini qaytarıb, qalan 15 nəfər isə mehmanxanada yerləşdirilib. Onlar, bu dəfə aviaşirkətin məhz Superjet təqdim edəcəyinə ümidlə Xabarovska yeni reysi gözləyirlər. İlkin məlumata görə, aviadaşıyıcının nümayəndələri sərnişinləri uçuşun elə həmin “An-24” ilə həyata keçiriləcəyi barədə xəbərdarlıq edib.

Hadisənin təfərrüatlarının aydınlaşdırılması ilə nəqliyyat prokurorluğu məşğul olur.

0
9