Ərdoğan Putinə yazdığı məktubdan danışdı

Ərdoğan Putinə yazdığı məktubdan danışdı

“Regionun iki əsas dövləti arasında münasibətin korlanması doğru deyil”.

Rusiya-Türkiyə münasibətləri region üçün mühüm mahiyyət kəsb edir.

Oxu.Az TRT kanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Türkiyə və Rusiya arasında təyyarə ilə bağlı hadisə arzuolunmaz idi, bu hadisənin mənfi təsiri artıq səkkiz aydır ki, təzahür edir. Biz məktub yazaraq bu prosesi dayandırmağı təklif etdik. Belə ki, Türkiyə və Rusiya münasibətləri region üçün böyük mahiyyət kəsb edir. Bu səbəbdən də regionun iki əsas dövləti arasında münasibətin korlanması doğru deyil. Problemi həll etmək lazımdır. Bundan başqa biz baş verənlərlə əlaqədar təəssüfləndiyimizi bildirdik və cavab aldıq”, - Ərdoğan TRT kanalına verdiyi müsahibədə bildirib.

Xatırladaq ki, avqustun 9-da Rusiya prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçiriləcək görüşü xatırladan Ərdoğan qeyd edib ki, Türkiyənin xarici siyasəti “Birini qoyub, digərini tut” prinsipinə əsaslanmamalıdır.

0
12