“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasında rəqibləri müəyyənləşdi

“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasında rəqibləri müəyyənləşdi

Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, UEFA-nın qərargahında keçirilən mərasimdə Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin rəqibləri müəyyənləşib.

“Qarabağ” Avroliqanın qrup mərhələsinə yüksəlmək üçün İsveçin “Göteborq”, “Qəbələ” isə Sloveniyanın “Maribor” klubunu mübarizədən kənarlaşdırmalıdır.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin oyunları 18-25 avqustda keçiriləcək.

0
15